Dünya Qaçqınlar Günü Moldovada bu gün - iyunun 18-də bir sıra tədbirlərlə qeyd edilir.
Teleqraf.com azərtac-a istinadla xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin (QAKİ) nümayəndəsi Lilliana Pavlova Kişineuda tədbirlərin Valea Morilor parkında keçiriləcəyini bildirib. Qaçqın uşaqları əl işlərini təqdim edəcək, Daxili İşlər Nazirliyinin (DİN) orkestri çıxış edəcək, interaktiv tədbirlər keçiriləcək.
Tədbirlər QAKİ, DİN-in Miqrasiya və Qaçqınlar Bürosu, Vəkillərin Hüquq Mərkəzi İctimai Assosiasiyası, Qaçqınlar üçün Xeyriyyə Mərkəzi və AVE Copiii Uşaq Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.