18 İyun 2016 21:57
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Almaniya Rusiya qarşısında xüsusi məsuliyyət daşıyır".

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bunu "Süddeutsche Zeitung" qəzetinə müsahibəsində Almaniyanın keçmiş kansleri Gerhard Şröder bildirib.

"1941-1945-ci illərdə Sovet İttifaqında 20 milyon nəfərdən çox adam həlak olub. Biz almanlar bunu unutmamalıyıq. Ona görə də biz Rusiya qarşısında böyük məsuliyyət daşıyırıq", - Şröder bildirib.

"Biz Almaniya-Rusiya münasibətlərinin tarixini təhlil etsək, görərik ki, Rusiya daim Almaniya ilə yaxın olmağa çalışıb", - deyə o bildirib.

Nihad


Müəllif:

Oxşar xəbərlər