İndi İspaniyada hər kəs ondan danışır. 30 yaşlı Alberto Qarzonun siyasi karyerasının o qədər də zəngin, dolanbaclı olmamasına baxmayaraq, qısa müddətdə onun az qala bir nömrəli siyasətçiyə çevrilməsi hər kəsi düşündürür.
İspaniyada bazar günü keçiriləcək yerli seçkilərdə Unidos Podemos (Birlikdə bacararıq) koalisiyası ilə ittifaq yaradaraq liderliyi ələ alan Birləşmiş Sol Partiyasının başqanı Alberto Garzon hazırda İspaniyanın ən populyar siyasətçisi hesab olunur. Teleqraf.com xəbər verir ki, "Financial Times" qəzeti Qarzonu həm də şanslı siyasətçi kimi qələmə verir. Qəzet solçu siyasətçini belə təqdim edir.
"İspaniyanın ən populyar siyasətçisi Alberto Qarzo monarxiya və kapitalizmin sonunda özünün xaotik siyasətinin altında qalacağına inanan markisist iqtisadçı. Onun kimi kommunist və cümhuriyyətçinin ictimaiyyətdə ən dəyərli şəxs statusuna yüksəlməsi cəmiyyətin sol dəyərlərinə inamından xəbər verir", deyə yazıda qeyd olunur.
Hesab edilir ki, Unidos Podemos koalisiyası ilə birləşən solçular bələdiyyə seçkilərində böyük üstünlük əldə etməklə, parlament seçkilərinə də inamla gedib, ölkə idarəçiliyini həyata keçirə biləcəklər.
"Bu, sadəcə 2015-ci ildə keçirilən nəticəsiz seçkilərin təkrarı olmayacaq. Bu, siyasi mənzərəni dəyişdirə biləcək yeni seçkidir. Gerçəkdən hakimiyyətə gəlmək şansımız yüksəkdir", deyə Qarzo bildirib. Aparılan sosioloji sorğular da Qarzonun şansının böyük olduğunu göstərir. Qarzo hətta hazırkı baş nazir Mariano Rajoy və Podemosun lideri Pablo Iglesiası da qabaqlayır.
Alberto Qarzo mətbuata açıqlamasında bildirib ki, hakimiyyətə gələcəyi təqdirdə kapitalizmi birdən-birə süpürüb tarixin arxivinə atmayacaq. 300 nəfərdən ibarər ekspert qrupu gələcək dönəmin siyasi idarəçilik sistemi yaratmaqla məşğuldur.
Ayxan