Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyanın "Şpringer" qəzetinin təsisçisi i Matias Döpfnere qarşı qaldırdığı məhkəmə iddiası yenidən rədd edilib.
Teleqraf.com xəbər verir ki, Ərdoğanı təhqir edən komediyaçı Jan Böhmermanna yazdığı məktubla açıq dəstək verdiyi və şeirdəki fikirləri bölüşdüyünü bildirdiyi üçün Matias Döpfnere barəsində Köln Məhkəməsinə müraciət edilib.
Məhkəmə Döpfnerin şərhlərini ifadə azadlığı hesab edib və iddianı ikinci dəfə rədd edib. Ərdoğanın vəkili Ralf Hocker müvəkkilinin qərardan Köln Əyalət Ali Məhkəməsinə şikayət edəcəyini bildirib.
Almaniyanın ən böyük nəşrlərindən olan "Şpringer" tirajına görə yalnız "Bild" və "Die Welt"-dən geri qalır.
Ayxan