23 İyun 2014 10:15
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxaliflər hökumət qüvvələrinə qarşı “qürur döyüşü”nə başlayır

Bu gün Liviyanın şərqindəki Bingazi şəhərində orduya bağlı "Liviya Qalxanı" qüvvələri ilə istefada olan general Xəlifə Hafterə bağlı hərbi qruplaşmalar arasında yaranan qarşıdurmalarda 4 nəfərin ölüb,17 nəfər isə yaralanıb.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, qarşıdurmalarda ölən 3 adamın cəsədi mərkəzi şəhər xəstəxanasına gətirilib, 4 yaralı isə qospitala yerləşdirilib. Bingazi Tibb Mərkəzinin rəhbəri Xəlil Kuveydirin verdiyi məlumata görə, silahlı toqquşmanın davam etməsi nəticəsində daha 1 adam daha ölüb, 13 yaralı isə xəstəxanaya yerləşdirilib.

General Hafter bir qədər əvvəl ordu qüvvələrinə qarşı müxtəlif ittihamlar irəli sürərək, hökumət tərəfdarı olan silahlı qruplaşmalara qarşı silahdaşları ilə birgə "qürur döyüşü"nə başlayacağını bildirmişdi. Aralarında sabiq baş nazir Əli Zeydanın da olduğu bir çox siyasətçi və hərbçilər Hafteri dəstəklədiklərini açıqlamışdılar.

Nail Cəlil


Müəllif: