21 İyun 2016 19:16
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Qvardiyasının lideri Qasım Süleymani Bəhreyni ölkənin tanınmış şiə lideri Şeyx İsa Qasımı vətəndaşlıqdan məhrum etdiyi üçün sərt tənqid edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hakimiyyətdə sünni kral ailəsi olsa da, ölkə əhalisinin böyük əksəriyyəti şiələrdən ibarətdir.

Qasım Süleymani bildirib ki, Bəhreyn hakimiyyəti şiə liderini vətəndaşlıqdan çıxarmaqla ölkəni dini müharibəyə sürükləyir: “Kral ailəsi bilməlidir ki, Şeyx İsa Qasımiyə edilən hücum qırmızı xəəttin tapdalanmasıdır. Bu xətti tapdalamaq ölkəni alovun içərisinə atmaq deməkdir. Sonda xalqa silahlı müqavimətdən başqa bir yol qoymayacaqlar".

Bəhreyn Daxili İşlər Nazirliyi şiə liderini xarici qüvvələrin təsiri ilə ölkədə məzhəblərarası qarşıdurma yaratmaqda ittiham edib və onu vətəndaşlıqdan məhrum edib. Qərara etiraz olaraq yüzlərlə şiə Şeyx İsa Qasımın evi qarşısında etiraz aksiyası keçirib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər