22 İyun 2016 12:25
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Dağıstan Muxtar Respublikasının Şamiliskiy rayonunun Teletl kənd məktəbinə hücum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, naməlum silahlı şəxslər məktəbin mühafizəçisi A.Maqomedovun silahını götürüb və əllərini bağlayıblar. Bundan sonra terrorçular məktəbə od vurublar. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Mühafizəçinin sözlərinə görə, hücum edənlər 4 nəfər olub. Hadisədən sonra terrorçular gizlənə biliblər.

Faktla bağlı araşdırma aparılır.

Samir


Müəllif:

Oxşar xəbərlər