NATO-nun Baş katibi Yens Stoltenberq Koreya Xalq Demokratik Respublikasının ballistik raket sınağını keçirməsini pisləyib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Pxenyanı bu kimi təxribatlardan yayınmağa çağırıb:
"Bu addımı qətiyyətlə pisləyirəm. Bu cür təxribatlar beynəlxalq təhlükəsizliyə təhdiddir".
Cənubi Koreya rəhbərliyinin yaydığı məlumata görə, son sutka ərzində Şimali Koreya iki ballistik raket sınağı həyata keçirib.
Samir