"Rusiyaya qarşı sanksiyalar mərhələli şəkildə ləğv edilməlidir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko AŞPA-da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qadağaların dinc sakinlərə ziyan vurması doğru deyil: "Fikrincə, sanksiyalar vəziyyəti bu həddə çatdıran şəxslərə tərəf yönəlməlidir. Onlar layiqli cəzalarını almalıdır. Sanksiyaların dinc sakinlərə təsir etməsi xoşagəlməz haldır".
Samir