Rusiya özünün yerətrafı obyektlərinin kataloqunu, o cümlədən məlumatlarını gizli saxlayan Şimali Amerika Hərbi-Kosmik Qüvvələr Komandanlığı – NORAD-ın (North American Aerospace Defense Command) məlumatlarını geniş ictimaiyyət üçün dərc etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. Nəşr bu məlumatı BMT-nin kosmik fəzadan dinc məqsədlər üçün istifadə edilməsi üzrə Komitəsinin 59-cu sessiyasında iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Viktor Meşkova istinadən yayıb.
Qeyd olunur ki, NORAD-la bağlı kataloqda kosmosa buraxılmış 45 mindən çox obyekt haqqında informasiya öz əksini tapacaq. “Amerika hərbi məqsədli peykləri ilə yanaşı NORAD müttəfiqlərinin – Fransa, Almaniya, İsrail və Yaponiyanın müdafiə məqsədli peykləri barədə məlumatları da gizlədir.
Əvəzində Rusiyanın hərbi məqsədli peyklərini kataloqda təqdim edir. Kosmik mövzulara həvəs göstərən kütlə ötən il NORAD-ın sayəsində geostasionar orbitdə qeyri-adi mobillik nümayiş etdirən yeni rus hərbi peykinin səyyar izlədilər”, deyə qəzet yazır. Nəşr qeyd edir ki, indi Rusiyaya ABŞ-a cavab vermək üçün imkan yaranıb.
“Amerikalıların əldə etdikləri açıq məlumatlara rəğmən, bizim şəbəkə təxminən 40 faizdən çox obyektləri müşayiət edir. Bizdə NORAD-la müqayisədə bir neçə dəfə böyük teleskoplar və onları quraşdırmaq üçün daha çox yerlər var”, deyə qəzet Rusiya Elmlər Akademiyasının MV.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun baş elmi işçisi İqor Molotovdan sitata gətirir.
Qeyd edək ki, Moskva BMT-nin kosmik fəzadan dinc məqsədlər üçün istifadə edilməsi üzrə Komitəsinin iyunun 8-dən 17-dək Vyanada keçirilən 59-cu sessiyası zamanı milli bazaların məlumatlarının vahid kataloqda birləşdirilməsi təklifi ilə çıxış edib. Rusiya milli bazaların məlumatlarının birləşdirildiyi vahid kataloqun kosmik fəaliyyət həyata keçirən bütün ölkələr üçün açıq olması təklifini də irəli sürüb. Rəsmi Moskva təklifi belə əsaslandırıb ki, bu sistem kosmosdakı aparatları, yerdəki obyektləri gözləyən potensial təhlükəli hadisələr barədə informasiya verə, həmçinin raket buraxılışları üçün mümkün təhlükələr barədə xəbərdarlıq edə bilərdi. Çin Rusiyanın təşəbbüsünü dəstəkləyib, ABŞ isə əleyhinə çıxıb.
Səxavət