22 İyun 2016 22:30
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fərdi silahlanmanı qadağan edən qanun layihəsinin səsverməyə çıxarılmaması demokratların narazılığına səbəb olub. Teleqraf.com xəbər verir ki, hakim partiyanın deputatları duruma etiraz olaraq konqresdə oturaq aksiya keçiriblər.

Aksiyaya ABŞ-ın məşhur hüquq müdafiəçisi Demokratlar Partiyasının Georgiadan olan deputatı Con Levis rəhbərlik edir. Aksiyada 40-a yaxın deputat iştirak edib.

Con Levis silahlanma əleyhinə apardıqları kampaniya nəticə verənə qədər aksiyanı davam etdirəcəklərini bildirib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər