Böyük Britaniyanın Avropa Birliyindən çıxma ilə bağlı keçirdiyi referendumun nəticələri açıqlandıqdan sonra ilk reaksiya Almaniyadan gəlib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Tvitter hesabından fikirlərini bölüşüb:
"Həm İngiltərə, həm də Avropa üçün kədərli gündür".
Qeyd edək ki, referendumun nəticələrinə əsasən, 52 faiz seçici "Brexit"in lehinə səs verib.
Samir