24 İyun 2016 14:11
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı keçirilən referendumdan sonra açıqlama verən baş nazir Devid Kemeron istefa verəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Britaniyanın məşhur "Ladbrokes" araşdırma qrupu baş nazir postuna ən real namizədin adını açıqlayıb.

Qrupun fikrincə, Londonun sabiq meri Boris Conson Britaniyanın yeni baş naziri olacaq.

Qeyd edək ki, referendumda 52 faiz səslə “Brexit” tərəfdarları qələbə qazanıb. Yeni baş nazirin adı bu ilin oktyabrında açıqlanacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər