Hollandiyada Ayasofiya mǝscidinǝ edilǝn hücum nǝticǝsindǝ iki nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, Dordrecht şəhərində yerləşən məscid silahlı 15 nəfərin hücumuna məruz qalıb.
Әli silahlı şǝxslǝr mǝsciddǝ olanlara dəmir dǝyǝnǝklǝrlǝ hücum ediblǝr.
Mǝtbuata açıqlama verǝn məscid rəhbərləri hücumu təxribatçılıq kimi dǝyǝrlǝndirib və insanları sakit olmağa dəvət edib.
Məsciddə tǝdiqat aparan Dordrecht Bələdiyyəsinin sǝdr müavini də xalqı sakit olmağa çağırıb.