Qazaxıstanın Karaqan vilayətində insanlar arasında qarayara xəstəliyi aşkar edilib. Teleqraf.com xəbər verir ki, Karaqanda xəstəliyə yoluxan 8 nəfərdən ikisi dünyasını dəyişib.
Baş nazir Kərim Məsimov xəstəliyə nəzarətin ələ alındığını deyib. Bölgədə qarantin elan olunub. Ət və ağartı məhsullarının satışı məhdudlaşdırılıb.
İstehlakçı Hüquqlarını Müdafiə Komitəsindən verilən məlumata görə, xəstəliyin yayılmasına səbəb Karaqan əyalətindəki Erkindik kəndində bir ailənin xəstə inəyi kəsərək 11 ailəyə paylaması olub. Nəticədə 8 nəfər qarayara xəstəliyinə yoluxub.
Ayxan