Suriya ordusunun tərəfində döyüşən "Hizbullah" əsgərləri Hələb yaxınlığında terrorçulara ağır zərbə endirib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Livanın şiə partiyasının lideri Həsən Nəsrulla televiziya ilə müraciətində bildirib.
Şiə siyasətçisinin sözlərinə görə, hazırda Hələbdə Suriyadakı müharibənin, eləcə də qonşu dövlətlərin - Livan, İraq və İordaniyanın taleyi həll olunur.
"Türkiyədən Hələbə müxtəlif millətlərdən olan minlərlə döyüşçü gəlib. Türkiyə onlara öz sərhədini açıb. Hazırda Hələbdə qanlı mübarizə gedir", - Həsən Nəsrulla vurğulayıb.
Onun sözlərinə görə, "Hizbullah" iyunun 1-dən 24-nə qədər 614 terrorçunu məhv edib, 800 nəfərdən artıq terrorçu ilə yaralanıb: "Onların 80 tankı və zirehli maşını sıradan çıxarılıb".
"Hizbullah" da itkilər verib. Həsən Nəsrulla bildirib ki, "Hizbullah"ın 26 döyüşçüsü həlak olub, 1-i əsir, 1-i isə itkin düşüb.
Nihad