23 İyun 2014 12:41
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyanın Federal məhkəməsinin qərarına əsasən, ölkədə yaşayan xristianlara Tanrını ifadə etmək üçün “Allah” sözündən istifadə edilməsi qadağası qüvvədə qalıb.

Bazar ertəsi hakimlər kollegiyasının yığışaraq, “Herald” katolik jurnalına öz nəşrlərində tanrını “Allah” adlandırmağı qadağan etnəsi xüsusilə diqqəti cəlb edib .

Jurnal ölkənin dövlət dili olan malay dilində dəqiq ifadə edə biləcək yeganə söz “Allah” olduğu üçün, tanrını həmişə məhz belə adlandırılıb.

“Allah” sözü yaxın Şərq və İndoneziya terminidir. Bu söz həm müsəlmanlar, həm də xristianlar tərəfindən əsrlərlə istifadə olunub. Bu qadağanı anlaya bilmirik”, - deyə “Herald” jurnalının naşiri bəyan edib.

Bu arqumentlərə baxmayaraq, məhkəmənin qərarına əsasən, katolik nəşrin “Allah” sözündən istifadə etməsi müsəlmanları çaşdıra bilər. Bu da kütləvi etiraz aksiyalarına səbəb ola bilər

Ülviyyə


Müəllif: