23 İyun 2014 13:20
1 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva prezidenti Dalya Qribauskayte Rusiyanın dövlət başçısı Vladimir Putini 20-ci əsrin qanlı diktatorları Stalin və Hitlerə bənzədib.

“Media forum” saytının məlumatına görə, Qribauskayte “Focus” dərgisinə müsahibəsində deyib ki, Putin ölkələri hərbi yolla ələ keçirmək üçün milliyyət amilindən bəhanə kimi istifadə edir: “Stalin və Hitler də belə etmişdilər. Belə müqayisə tam uyğundur”.

Litva lideri təkcə ukraynalıların deyil, Baltik ölkələri və Polşanın da Rusiyanın təcavüzünə məruz qaldığını vurğulayıb. O bildirib ki, Rusiya qoşunları hər həftə Litva ilə sərhəddə, Kalininqrad vilayətində hərbi təlimlər keçirir: “Orada hərbiləşmə çox güclüdür”


Müəllif: