27 İyun 2016 21:34
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın keçmiş baş naziri Vladimir Filat əmlakı müsadirə olunmaqla 9 il müddətində azadlıqdan məhrum edilib.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, korrupsiyada təqsirli bilinən
Moldova Liberal-Demokrat partiyasının keçmiş lideri və “Avropaya inteqrasiya uğrunda alyans” adlı hakim koalisiyanın əsas fiqurlarından olan Filat ötən il oktyabrın 15-də həbs olunub.

Məhkəmə onu 3 bankdan 1 milyard avronun yoxa çıxmasında təqsirli bilib.

Amma Filat ittihamı rədd edir və bildirib ki, onun həbsinin arxasında hakim koalisiyadakı tərəfdaşı,Demokrat partiyasının sədr müavini Vladimir Plaxotnyuk durur.

Moldova mətbuatı onu ölkə siyasətində “Boz kardinal” adlandırır.

Ayxan


Müəllif:

Oxşar xəbərlər