"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktub iki ölkə arasındakı münasibətlərin düzəlməsi üçün təməl ola bilər".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
Onun sözlərinə görə, gecikmiş üzr bunun heç olmamasından daha yaxşıdır: "Bu müddətdə qarşılıqlı münasibətlərimizdə çətin anlar yaşandı, inam anlayışı itirildi. Bu məktub Rusiya və Türkiyənin münasibətlərində irəliləyişlərə səbəb ola bilər".
Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər noyabrın 24-də Rusiyaya məxsus Su-24 qırıcısının Türkiyə F-16-ları tərəfindən vurulmasından sonra gərginləşib.
Samir