23 İyun 2014 13:55
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün baza və prinsiplər var. Əhəmiyyətli olan isə bunları uyğunlaşdırmaqdır. Bunu faktiki reallaşdırmaq üçün nizama salınmanın parametrlərini və ardıcıllığını hazırlamaq lazımdır ”.

Teleqraf.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Yerevanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiya Dağlıq Qarabağ probleminin sürətlə tənzimlənməsində maraqlıdır.

Rusiya XİN rəhbəri bildirib ki, rəsmi Moskva Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etməsinə və mübahisəli məsələlərin həll olunmasına cəhd edəcək. “Biz münaqişənin həlli ilə bağlı istənilən səyləri dəstəkləyəcəyik. Fransız həmkarlarımız münaqişəsinin praktiki həlli ilə bağlı ideyalar irəli sürürlər”.

S. Lavrov Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşacağı ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə Rusiya bu istiqamətdə də öz töhfəsini verməyə hazırdır.

Nihad


Müəllif: