Suriya prezidenti Bəşər Əsədin əmisi Rıfat Əsəd haqqında korrupsiya ittihamı irəli sürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Paris Prokurorluğu məlumat yayıb.
Fransada yaşayan Rıfat Əsəd dövlətə məxsus pulları mənimsəməkdə ittiham olunub. Fransanın "Sherpa" araşdırmalar mərkəzi ittihamda göstərilən məbləğin 100 milyon avro həcmində olduğunu bildirib.
Qeyd edək ki, Rıfat Əsədin qardaşı Hafız Əsəd 1982-ci ildə Hamada qətliam törədib. Hadisə zamanı 25 min dinc sakin öldürülüb. Həmin vaxt Rıfat Əsəd Sİlahlı Qüvvələrin Baş Qərargah rəisi olub.
Hadisədən 2 il sonra qardaşını devirməyə çalışan Rıfat Əsəd ölkədən sürgün edilib. Bu gün 77 yaşı olan Əsədin Paris, London və Marbella şəhərlərində malikanələri var.
Samir