28 İyun 2016 16:17
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kreml tərəfindən yayımlanan məktubunun rus dilində olan variantı sənədin türk versiyasına tam uyğundur".

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, "üzr istəyirəm" sözü yüz faiz türk dilinə uyğundur:

"Məktubda həm "təəssüf edirəm", həm də "üzr istəyirəm" sözləri yer alıb. Bu məsələdə filoloji incəliklər yoxdur. Mən həqiqi mütəxəssis və türkoloqam. Bir daha sizi bu məktubun tam versiyasını Kremlin saytından oxumağa dəvət edirəm".

Samir


Müəllif:

Oxşar xəbərlər