Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin rəhbəri Aleksey Puşkov Atatürk hava limanında baş verən terror aktında həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Puşkov Tvitter hesabında bu sözləri yazıb:
"Bütün dünyadakı terror hücumlarının qurbanları günahsız insanlardır. İstanbul, Brüssel və Paris terrorunda həyatını itirənlərin yaxınlarına başsağlığı veririk".
Çeçenistan Muxtar Respublikasının rəhbəri Ramzan Kadırov da İstanbulda baş verən terror aktını qınayıb: "Terrorçular kimliyindən asılı olmayaraq, öz cəzasına çatmalıdır. Onların əsl məqsədi qan tökmək, qorxutmaqdır. İstanbul terrorunda həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı, yaralananlara isə şəfa diləyirəm".
Samir