Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Atatürk hava limanında baş verən terror aktını pisləyib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, hücum zamanı ölənlərin ailələrinə başsağlığı, yaralananlara isə şəfa diləyib.
Prezident bildirib ki, bu hücumun müqəddəs Ramazan ayında edilməsi terroçular üçün müqəddəs bir şeyin, o cümlədən onların dininin olmadığını göstərir: "Hər şeyə rəğmən, Türkiyə terrorizmlə mübarizə aparmaqda davam edəcək. Bu hücum terror təşkilatlarının dinc sakinləri hədəfə aldığını bir daha göstərir. Terror hücumlarını şiddətlə qınayıram. Terrora qarşı birgə mübarizə aparmalıyıq. Bu gün İstanbulda baş verən terror aktı sabah dünyanın istənilən şəhərində törədilə bilər".
Samir