23 İyun 2014 14:30
3 077

“Kurtlar vadisi”ində yarpaq tökümü davam edir.

Teleqraf.com xəbər verir ki, uzun müddətdir izlənmə rekordu qıran serialda daha bir ayrılığın olduğu açıqlanıb. Abdulhey rolunu canlandıran Kənan Çoban serialla əlaqəsini kəsib. Belə ki, serialın əsas heyəti Kənan Çobanı fikrindən yayındırmaq istəsə də, onun qərarının qəti olduğu açıqlanıb. Ancaq buna baxmayaraq, Kənan Çobanın fikrini dəyişəcəyi də istisna olmur.

Dəniz Əliyeva


Müəllif: