29 İyun 2016 12:21
2 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Atatürk hava limanında baş verən terror aktının detalları bəlli olub. Qeyd edək ki, dünən axşam saatlarında üç terrorçu hava limanına daxil olaraq çoxlu sayda dinc vətəndaşı öldürüb.

Hazırda çoxları strateji baxımdan mühüm əhəmiyyət kəsb edən hava limanına terrorçuların necə daxil olduğu haqda düşünür. Çünki Atatürk hava limanında təhlükəsizlik tədbirləri daima yüksək səviyyədə qorunur və bura əli silahlı üç şəxsin asanlıqla daxil olması qeyri-mümkündür.

Teleqraf.com “Əl-Cəzirə” kanalına istinadən terror hücumunun necə təşkil olunduğu haqda ilkin versiyaları oxucuların diqqətinə çatdırır.

Terror hücumunun necə həyata keçirildiyinə dair yeni iddialar ortaya qoyulub. İlk olaraq bir terrorçu hava limanının xarici xətlər terminalının əsas giriş qapısından içəri daxil olub. Bu nöqtədə X-ray cihazına yoxlanmadan irəli gedə bilməyəcəyini yəqin edən terrorçu üzərində olan avtomatla ətrafa atəş açmağa başlayıb. Ərazidə vətəndaşların çox olması səbəbindən polisin terrorçunu zərərləşdirmək məsələsində bir qədər problem yaşayıb. Lakin son anda polis əməkdaşı atəş açaraq hava limanının içinə doğru irəliləmək niyyətində olan terrorçunu vurub. Bu zaman əlindəki silahı yerə düşən terrorçu özünü partladıb.
Birinci terrorçunun daha irəli gedə bilmədiyini, özünü partlatdığını və irəliləmək üçün şərait olduğunu görən ikinci terrorçu hərəkətə keçib. İkinci terrorçu da içəriyə doğru getmək istəyib, amma X-ray cihazının önünə qədər gəlib və burdan irəliyə gedə bilməyəcəyini dəqiqləşdirdikdən sonra atəş açmağa başlayıb. Bir müddətdən sonra terrorçu bu ərazidə özünü partladıb.

Üçüncü terrorçu terrorun baş verdiyi ərazidən çıxan vətəndaşların mindiyi avtomobillər istiqamətində hərəkət edib. Hərəkət edərkən sağa-sola atəş açan terrorçu bir neçə dəqiqə burada polis əməkdaşları ilə atışıb. Daha sonra isə üzərindəki bombanı işə salaraq özünü partladıb.

Cavid


Müəllif:

Oxşar xəbərlər