Rusiya prezidenti Vladimir Putin İstanbulun Atatürk hava limanında baş verən terror aktına görə Türkiyə xalqına başsağlığı verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Putin hadisədən kədərləndiyini deyib:
"Biz təəssüfləndik, ölənlərin ailələrinə başsağlığı, yaralananlara şəfa diləyirik".
Qeyd edək ki, məlum hadisə zamanı 36 nəfər həyatını itirib, 147 nəfər yaralanıb.
Samir