23 İyun 2014 14:45
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Co Bayden bəyan edib ki, AB və Böyük Yeddiliyin digər üzvləri Rusiyaya qarşı yeni sanksiyalar üzərində çalışırlar.

“Rəsmi Moskva Ukraynanın şərqində baş verən münaqişənin həlli üçün heç bir addım atmasa, Böyük Yeddilik Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları tətbiq etmək məcburiyyətində qalacaq”, - deyə, o bildirib.

Pyotr Poroşenko ilə telefon danışığı zamanı bu sözləri ifadə edən Bayden, həm də Ağ Evin rəsmi Moskvadan gözləntilərini də çatdırıb.

Baydenin sözlərinə görə, rəsmi Moskva sadəcə Ukraynanın şərqində qarşıdurma yaradan separatçılara müraciət etməli və onların atəşkəs elan etməyə çağırmalıdır.

Poroşenko isə öz növbəsində Baydeni, Rusiyanın göstərişi ilə hərəkət edən separatçıların atəşkəs elan olunandan dərhal sonra kəskinləşməsi barədə məlumatlandırıb.

Xatırladaq ki, ölkədə yaranmış gərgin vəziyyəti stabilləşdirmək üçün, yeni seçilən prezident Pyotr Poroşenko iyun ayının 20- 27 tarixlərində 7 günlük atəşkəs elan edib.

Ülviyyə


Müəllif: