29 İyun 2016 19:25
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə Türken vəqfinin təşkil etdiyi iftar məclisində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, TÜRGEV vəqfi idarə heyətinin üzvü Bilal Ərdoğan bildirib ki, dünyanın əsas problemlərindən biri digərini anlamamaqdır.

"Bir-birimizi tanımaq üçün daha çox səyahət etməliyik, başqa həyat tərzlərıni, başqa inancları, başqa dinləri anlamaq üçün daha çox zaman xərcləməliyik. Yoxsa "başqasını anlamamaq" problemi davam edəcək. Reallıq budur ki, "biz" ilə "onlar" arasında ortaq nöqtələr çoxdur. Bizi bir-birimizə bağlayan bir çox bəşəri dəyərlər var".

İngiltərədə onlarla türk vəqfi var və onlar Türkiyə vətəndaşlarının bu ölkədə təhsil almalarına köməklik göstərir, bir çox tədbirlər təşkil edirlər.

Ruslan


Müəllif:

Oxşar xəbərlər