Ermənistan prezidenti Serj Sarkisyan Atatürk Hava Limanındakı terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı ünvanlayıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib.
Teleqramda terror aktını pisləyən Sarkisyan ölənlərin yaxınlarına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmalarını diləyib.
Qeyd edək ki, terror aktında 41 nəfər həlak olub, 239-u yaralanıb.