29 İyun 2016 21:52
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama İstanbul Atatürk Hava limanında baş verən terror aktı ilə bağlı açıqlama yayıb. Teleqraf.com xəbər verir ki, Obama türk xalqının yanında olduqlarını bəyan edib.

Obama Şimali Amerika Liderlerinin Zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışdığını, türklərə başsağlığı verdiyini diqqətə çatdırıb.

"İŞİD-ə qarşı Türkiyə ilə birlikdə mübarizə aparırıq. İŞİD hər yerdə zəifləyib. Buna görə də, günahsız insanları öldürürlər. İŞİD-i tamamilə məhv edənə qədər mübarizəmizi davam etdirəcəyik", deyə Obama qeyd edib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər