Rusiyanın nazirlikləri Rusiya-Türkiyə əlaqələrinin canlandırılması üçün təkliflər hazırlamağa başlayıblar, təkliflər arasında əvvəllər olmayan yeniliklər də mümkün hesab edilir.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti yazıb.
Qəzet bildirir ki, təkliflər Rusiya baş nazirinin müavini İqor Şuvalova bu gün təqdim olunacaq. Daha sonra hökumət sanksiyaları aradan qaldırılması və düzəlişlər edilməsi haqda qərar verəcək.
Mənzil-kommunal təsərrüfatı və tikinti naziri Mixail Men Türkiyə inşaat şirkətlərinə tətbiq olunmuş qadağaların çox qısa müddətdə ləğv olunacağını bildirib.
Baş nazirin müavini Dmitri Kozak prosesin 1-2 həftə ərzində tamamlanacağını deyib.
Mahir