Ermənistan parlamenti Rusiya ilə birgə hava hücumundan müdafiə sistemlərinin yaradılması layihəsini təsdiqləyib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərarın lehinə 102, əleyhinə 8 deputat səs verib.
Bundan əvvəl, Ermənistan müdafiə naziri Seyran Ohanyan bəyan edib ki, bu cür sistemlərin yaradılması Ermənistana 4-cü nəsil qırıcılardan və S-300 raketlərindən istifadə imkanları yaradacaq.
Qeyd edək ki. qanun layihəsi ölkədə ciddi narazılıqla qarşılaşmışdı. Keçirilən etiraz aksiyalarında nümayişçilər birgə müdafiə sisteminin yaradılmasının Ermənistanı Rusiyadan tam asılı vəziyyətə salacağını iddia edirdilər.
Samir