30 İyun 2016 15:48
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyəyə qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı tapşırıq verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı o, Nazirlər Kabinetinin iclasında məlumat verib:

"Mərhələli şəkildə hərəkət edəcəyik. Burada vacibdir ki, qadağaları aradan qaldırmağımız ümumi siyasi şəraiti nəzərə alınmaqla həyata keçirilsin və bu, rusiyalı istehsalçılara, tərəfdaşlarımızın maraqlarına ziyan vurmasın".

Qeyd edək ki, dünən Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub. Liderlər sanksiyaların ləğv edilməsi və ikitrəfli münasibətlərin əvvəlki səviyyəyə çatması ilə bağlı razılıq əldə ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər