30 İyun 2016 20:35
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstryanın paytaxtı Vyanada PKK təəssübkeşləri Türkiyə səfirliyinə bağlı Turizm Tanıtım Ofisinə basqın ediblər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Vyananın mərkəzindəki Stefanplatz Meydanında yerləşən ofisə müştəri kimi gələn qadın qapını açdıran zaman arxadan 10 PKK tərəfdarı içəri daxil olaraq işçiləri çölə çıxarıb.

İçəridəki broşürləri cıraraq divarlardan PKK-ya aid şüarları asan basqınçılar polis gəlməmiş ofisi tərk ediblər. Türkiyənin Vyanada səfirliyi hadisə ilə bağlı bəyanat yayıb.

Polis basqınçıların tapılması üçün axtarışlara başlayıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər