İstanbulun Atatürk hava limanında baş verən terror aktı ilə bağlı daha bir neçə nəfər saxlanılıb.
Teleqraf.com kavkaz-uzel.ru-ya istinadən xəbər verir ki, saxlanılanlar arasında Dağıstan, Çeçenistan və Azərbaycan vətəndaşları olub.
Türkiyə polisindən verilən məlumata görə, terrorçular Türkiyəyə saxta sənədlərlə daxil olub.
Qeyd edək ki, məlum hadisə zamanı 44 nəfər həyatını itirib, 237 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Samir