Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son durumu müzakirə ediblər.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Rusiya, Azərbaycan və Ermənistan Prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşünün yekunlarının inkişaf etdirilməsi istiqamətində dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələcək addımları barədə tərəflər fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin terrorizmlə mübarizədə qarşılıqlı fəaliyyət imkanları daxil olmaqla, Rusiya və ABŞ-ın Suriya münaqişəsinin aradan qaldırılması yollarını müzakirə ediblər.