23 İyun 2014 18:10
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşqabadda “Paraxat-7” məhəlləsində yerli sakinlər və evlərdən kondisionerləri sökmək istəyən hökumət işçiləri arasında qarşıdurma baş verib.


Şəhər rəhbərliyinin sözlərinə görə, bu kondisionerlər binaların görünüşünü pozur. Rayon nümayəndəlikləri məhəlləyə gələrək insanları bu qurğuları özlərinin çıxartmalı olduğuna inandırmağa çalışıblar, imtina edənləri isə kondisionerlərin sökülməsi ilə hədələyiblər. Yerli sakinlər mitinq təşkil edərək rəsmiləri qovmağa çalışıb.


Sakinlər hadisə yerinə gələn polisləri aqressiv şəkildə qarşılayıb və onlara daş atmağa başlayıb. Qarşıdurmanı yalnız Ordu və Milli Təhlükəsizlik İdarəsi əsgərlərinin gəlişindən sonra dayandırmaq mümkün olub. Bundan sonra sakinlərə kondisionerlərin sökülməyəcəyi vəd olunub./axar/


Müəllif: