4 İyul 2016 18:44
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində 4 gündə davam edən şiddətli yağışlar 93 nəfərin həyatına son qoyub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, çaylarda suyun səviyyəsi maksimum həddə çatıb, 11 əyalətdə fövqəladə vəziyyət elan edilib.

Rəsmi rəqəmlərə görə, 726 min insan təhlükəsiz ərazilərə köçürülüb, 22 min ev su altında qalıb, 19 nəfər isə itkin düşüb: "Ümumilikdə 4 gün ərzində ölkəyə 3 milyard dollar ziyan dəyib".

Elvin


Müəllif: