23 İyun 2014 19:57
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetskdə 40 uşağın silahlı qarşıdurma qurbanına çevrilməsi xəbəri təkzib edildi

Ukraynanın Donetsk vilayəti administrasiyasının səhiyyə departamenti bu gün antiterror əməliyyatları zamanı 40 uşağın həlak olması barədə yayılan xəbərləri təkzib edib. Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, antiterror əməliyyatları başlayandan indiyədək cəmi 4 azyaşlı – Slavyanskda 2 oğlanla 1 qız, eləcə də Şaxtyorsk rayonunda 1 qız uşağı həlak olub.

Xatırladaq ki, antiterror əməliyyatları zamanı 40 uşağın həlak olması barədə məlumat regional deputat Tatyana Baxteyevaya istinadən yayılmışdı. Rusiya mediası bu informasiyanı rəsmi göstərici və ya təkzibolunmaz fakt kimi təqdim etmiş, lakin əksər hallarda məlumatın mənbəyi göstərilməmişdi.

Sonradan söylədiklərinə aydınlıq gətirən Baxteyeva bildirib ki, məlumatı şəxsi mənbələri vasitəsilə, əsasən, meyitxanalardan və həkimlərdən əldə edib.

Nail Cəlil


Müəllif: