23 İyun 2014 23:50
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda kürd peşmərgələri ilə IŞİD döyüşçüləri arasında qarşıdurmaların davam etdiyi Mosulun Sincar mahalında 4 peşmərgə həlak olub, 10-u isə yaralanıb. Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, qanlı olay İŞİD üzvləri tərəfindən Rəbiyə ilə Sinun bölgəsi arasındakı Hazır kəndində yola əvvəlcədən 5 mina yerləşdirilməsi nəticəsində baş verib.

Kürd muxtariyyatının silahlıları 2 minanı zərərsizləşdirsələr də, nəzərə çarpmayan digər 3 mina qəfildən partlayıb. Partlayış nəticəsində 2 peşmərgə ölüb, 7-si isə yaralanıb. Bu barədə peşmərgələrin müvafiq hərbi qruplaşmasının komandiri Əbdülrəhman Kəşrini bildirib.

İŞİD-in ikinci hücumu - kürd silahlılarının keçdiyi yola yerləşdirilən başqa bir bombanın partladılması nəticəsində isə daha 2 peşmərdə ölüb, 3-ü isə ağır xəsarət alıb.

Nail Cəlil


Müəllif: