8 İyul 2016 00:14
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sarkisyan NATO sammiti çərçivəsində keçiriləcək Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının görüşündə iştirak etmək üçün Varşavaya səfər edəcək.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, görüş Alyansa üzv olan və olmayan dövlətlərin prezidentləri və hökumət rəhbərləri formatında keçiriləcək.

Səfər çərçivəsində Sarkisyanın Varşavada bir neçə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.

APA-nın bundan əvvəl verdiyi xəbərə görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin NATOsammiti çərçivəsində müzakirə olunacağını bildirib. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gedib.

Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir.


Müəllif:

Oxşar xəbərlər