8 İyul 2016 09:16
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da polis əməkdaşları tərəfindən iki qaradərili şəxsin qətlə yetirilməsindən sonra Texas ştatının Dallas şəhərində etiraz aksiyaları keçirilib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, aksiyalar bir müddət sonra silahlı insidentə çevrilib.

Məlumatlara görə, iki nəfər üzərilərində gəzdirdikləri silahdan 11 polis əməkdaşına atəş açıb. Hadisə nəticəsində 4 polis həyatını itirib, 7-i yaralanıb.

Dallas polis idarəsinin rəisi Devid Braun məsələyə aydınlıq gətirib: "Silahlılar təhlükəsizlik işçilərinə arxadan yaxınlaşıb və mümkün olduğu qədər çox polis öldürməyə çalışıblar. Faktla bağlı bir şübhəli saxlanılıb, hücumçulardan biri isə təslim olub".

Qeyd edək ki, çərşənbə axşamı Luiziana ştatında Alton Sterling, çərşənbə günü isə Minnesotada Filando Kastil polis tərəfindən öldürülüb. Etirazlar Dallasla yanaşı Nyu York, Çikaqo və Vaşinqtonda da keçirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər