8 İyul 2016 14:47
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın paytaxtı Varşavada keçirilən NATO-nun liderlər sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə görüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko məlumat verib. O, görüş zamanı hansı məsələlərin müzakirə edildiyini açıqlamayıb.

Bu arada, Türkiyə mediasının yaydığı məlumatlara görə, sammit çərçivəsində Ərdoğan amerikalı həmkarı Barak Obama və Almaniya kansleri Angela Merkellə görüşəcək.

Qeyd edək ki, iki gün davam edəcək sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Samir


Müəllif: