Rusiya polisi amerikalı diplomatı döyüb.
Hadisə ABŞ-ın bu ölkədəki səfirliyi qarşısında baş verib. Məlumatlara görə, həmin şəxs səfirliyin işçisi olub.
Məsələ ilə bağlı açıqlama verən Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova diplomatın polisə hücum etdiyini bildirib. O deyib ki, polis diplomatdan vəsiqəsini göstərməyi tələb edib: "Bundan sonra həmin şəxs polisə hücum edib".
ABŞ mediası məsələni belə şərh edib: "Hadisə baş verən gecə diplomat çox əsəbi olduğu üçün vəsiqəsini göstərmək istəməyib və ona etiraz edən polis işçisinə hücum edib".
Samir