Polşanın paytaxtı Varşavada keçirilən NATO sammitinə Ukrayna prezidenti Pyotr Poroşenko cırıq corabla gedib.
Teleqraf.com məlumat verir ki, Varşavada Ali Radanın deputatı Nadejda Savçenko ilə birlikdə Volınsk faciəsi qurbanlarının xatirəsini yad edən Poroşenko əklil qoymaq üçün dizüstə çöküb. Bu zaman onun sol ayağındakı corabın deşik olduğu görünüb. Bu isə sosial şəbəkədə müzakirə obyektinə çevrilib.
Bir müddət əvvəll də Poroşenko geyiminə görə qınaq obyekti olmuşdu. O, ABŞ-ın prezidenti Barak Obama ilə görüşə qırış-qırış olan kostyumla getmişdi.
Apreldə baş tutan görüşdən fotonu isə prezident adminstrasiyası özü rəsmi "Twitter" və "Facebook" hesablarında paylaşmışdı (anspress).