Moskvada qəza əleyhinə aparılan işlərdə iştirak edən arxeoloqlar XIV əsrə aid yeraltı bazar aşkarlayıblar.
Qazıntı zamanı əldə edilən tapıntılar arasında Qızıl Orduya və rus çarlarına məxsus sikkələr, qərbi Avropa əhalisinə aid əmtəə möhürü və digər əşyalar var.
Bütün artefaktların XIV – XVIII əsrlərə aid olduğu və bu tapıntıların mütəxəssislər tərəfindən ətraflı öyrənildikdən sonra yerli muzeylərdən birinin kolleksiyasına daxil ediləcəyi bildirilir.
Qeyd edək ki, tədqiqatçılar tapıntının o dövrdə fəaliyyət göstərmiş, xüsusi keçidlə şəhərdən ayrılan yeraltı bazarın qalıqları olduğunu ehtimal edirlər.