Türkiyənin Konya əyalətinin Beyşəhir rayonunda yerli və suriyalı qaçıqın gənclər arasında düşən dava nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. İnformasiyaya əsasən, suriyalı 4 qaçqın gənc küçədə iti kötəkləyirmiş. 18 yaşlı Mehmet Bayraktar adlı yerli sakin suriyalı gənclərin köpəyi kötəkləmələrinə etiraz edib. Onların arasında mübahisə düşüb. Soyadı bilinməyən 21 yaşlı İbrahim adlı suriyalı qaçqın M.Bayraktarı bıçaqlayaraq öldürüb.
Məlumata görə, bundan sonra yerli gənclərlə suriyalı qaçqınlar arasında düşən dava nəticəsində 5 nəfər yaralanıb. Onlardan 3-ü Suriya vətəndaşıdır.
Mehmet Bayraktarın yaxınları yaralı suriyalıların yerləşdirildiyi xəstəxananın qarşısına toplaşıblar. Polis onların hospitala girməsinin qarşısını alıb.