10 İyul 2016 21:53
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın 2003-cü ildə İraqda müharibəyə başladığı vaxt baş nazirin müavini olmuş Con Preskot bildirib ki, Britaniya və ABŞ qoşunlarının işğalı "qanunsuz idi”.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, o, Mirror qəzetindəki məqaləsində bu “faciəvi qərarla” ömrünün axrınadək yaşamalı olacağını yazıb.

Həmin vaxt Britaniyanın baş naziri olmuş Toni Blair səhvlərə görə üzr istəyib, lakin bildirib ki, müharibəyə başlamaq qərarının arxasında dayanır. Lord Prescott bildirib ki, indi keçmiş BMT baş katibi Kofi Annan-ın müharibənin qanunsuz olmasına dair fikri ilə “böyük təəssüf hissi ilə” razılaşır. O həmçinin Leyboristlər Partiyasının lideri Jeremi Corbini partiyanın adından üzr istədiyi üçün tərifləyib.

Lord Preskot müharibə zamanı həlak olmuş Britaniya hərbçilərinin ailələrindən “üzr istədiyini” bildirib. Keçmiş baş nazirin müavin deyib ki, məsələ ilə bağlı araşdırma aparan Chilcot hesabatı yanlışlığın nəydən ibarət olduğuna dait təfərrüatları üzə çıxarıb, lakin “bəzi dərslərin götürülməli olduğunu” da vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər